Bu küçələr bağlıdır - SİYAHI
22 Oktyabr 2024
19:07 - 3 İyun 2024
İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü plenar pclası keçiriləcək.
Bu barədə Manset.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, tədbirdə TÜRKPA-ya üzv ölkələrin parlament spikerlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən TÜRKPA-da müşahidəçi üzvlərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.
Tədbir çərçivəsində Assambleya Şurasının toplantısı, TÜRKPA-nın 13-cü plenar iclası, Qadın və Gənc Parlamentarilər qruplarının iclasları, TÜRKPA çərçivəsində parlament baş katiblərinin birinci görüşü və yekunda mətbuat konfransı keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin