Neftimiz ucuzlaşmaqda davam edir

10:23 - 5 İyun 2024

Neftimiz ucuzlaşmaqda davam edir

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti növbəti dəfə ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.77 ABŞ dolları və ya 1% azalaraq 78.48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 79.25 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin