logo
logo logo
logo

İspaniya dünya futbol tarixinə düşdü

12:10 - 15 İyul 2026

İspaniya dünya futbol tarixinə düşdü

Futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


Manset.az xəbər verir ki, Dallas stadionunda keçirilən qarşılaşmada inamlı oyun nümayiş etdirən ispanlar həlledici görüşə yüksələn ilk komanda olublar.

Bu qələbə ilə İspaniya təkcə finala çıxmaqla kifayətlənməyib, həm də Dünya Kubokunun təxminən 100 illik tarixində diqqətçəkən nailiyyətə imza atıb. Belə ki, İspaniya finala gedən yolda keçirdiyi yeddi oyunda cəmi bir qol buraxıb. Bu yeganə qol Belçikaya qarşı keçirilən görüşdə qeydə alınıb.

Beləliklə, İspaniya Dünya Kuboku tarixində finala cəmi bir qol buraxaraq yüksələn ilk komanda olub.  Əgər final görüşündə də qapılarında qol görməsələr, mundial tarixində turniri cəmi bir buraxılmış qolla başa vuran ilk çempion kimi tarixə düşəcəklər.

İspaniya yığmasının finaldakı rəqibi İngiltərə – Argentina cütünün qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda həmin cütün məğlubu ilə qarşılaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az