logo
logo logo
logo

“Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü – VİDEO 

16:46 - 21 Oktyabr 2026

“Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü – VİDEO 

“Brain Academy”nin Razin filialında 2 yaşlı autizm spektrli azyaşlı uşağa qarşı zorakılıq halları qeydə alınıb.


Manset.az xəbər evrir ki, bu barədə uşağın yaxını Ramin Balayev Bakues.az-a şikayət məktubu göndərib.

Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən 2 yaşlı autizm spektrli azyaşlı uşaq ağır fiziki şiddətə və zorakılığa məruz qalıb. Bərpa olunmaq, inkişaf etmək əvəzinə uşağın üzünə və başına zərbələr endirilib, ona ağır psixoloji travma yaşadılıb.

Şikayətçinin təqdim etdiyi təhlükəsizlik kamerası görüntülərdə müəssisə əməkdaşının 2 yaşlı köməksiz uşağın başından və üzündən vurması, uşağın isə dözülməz ağrı və qorxudan dayanmadan ağlaması əks olunub.

Uşağın yaxınları hadisədən sonra uşaqda dərin psixoloji travmanın yarandığını, onun daha da qapandığını və qorxu içində olduğunu bildirirlər.

Uşağın ailəsi günahkarların qanun qarşısında cavab verməsini tələb edirlər.

Əldə etdiyimiz məlumata görə, polis tərəfindən araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az