Pakistanın Pəncab əyalətinin Racanpur bölgəsində sərnişin avtobusu aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Hadisə Hind şosesində avtobusun yolun ortasındakı ayırıcı səddə çırpılaraq aşması nəticəsində baş verib. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.
Pəncab əyalətinin baş naziri Məriəm Nəvaz yazılı açıqlamasında insan tələfatından kədərləndiyini bildirib və həlak olanların ailələrinə başsağlığı verib. O, qəza ilə bağlı məsul şəxslər barəsində dərhal tədbir görülməsi barədə aidiyyəti qurumlara göstəriş verib.
Hadisədən sonra Racanpur Mərkəzi Rayon Xəstəxanasında və ətrafdakı digər tibb müəssisələrində fövqəladə vəziyyət elan olunub.