logo
logo logo
logo

bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü - FOTOLAR

13:15 - 21 Oktyabr 2026

bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü - FOTOLAR

bp şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.

 

Manset.az xəbər verir ki, SABAH.city İnnovasiya Şəhərciyində keçirilən görüşdə gənclərin peşəkar inkişafı, əmək bazarının tələbləri, gələcək karyera perspektivləri və texnoloji yeniliklərin əmək bazarına təsiri müzakirə olunub. 

Bəxtiyar Aslanbəyli uğurlu karyera qurmaq üçün praktiki təcrübənin, xarici dil biliklərinin və davamlı öyrənmənin əhəmiyyətini vurğulayıb. O, əmək bazarında rəqabətədavamlı olmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmağın, bilik və bacarıqları davamlı inkişaf etdirməyin vacibliyini qeyd edib. 

Süni intellektin sürətli inkişafına toxunan bp-nin vitse-prezidenti texnoloji yenilikləri izləməyin, yeni biliklərə açıq olmağın və dəyişən şəraitə uyğunlaşma bacarığının gələcək karyera uğurlarında mühüm rol oynadığını bildirib. 

Görüşdə müstəqil öyrənmə, şəxsi inkişafla istirahət arasında balansın qorunması və sosial məsuliyyət məsələləri də müzakirə olunub. Bəxtiyar Aslanbəyli gənclərin gələcək peşə fəaliyyətlərindən asılı olmayaraq cəmiyyətin inkişafına töhfə vermələrinin vacibliyini vurğulayıb. 

Görüş çərçivəsində SABAH.city İnnovasiya Şəhərciyinə infotur da təşkil olunub. Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı” MMC-nin (YTP) baş icraçı direktoru Nihat Məcidov qonaqları salamlayaraq şəhərciyin infrastrukturu ilə tanış edib. 

İnfotur zamanı iştirakçılara mərkəzdə fəaliyyət göstərən laboratoriyalar, onların iş prinsipləri və imkanları barədə məlumat verilib. Gənclər innovasiya və texnologiya sahəsində müasir yanaşmalar, laboratoriyaların praktiki bilik və bacarıqların inkişafındakı rolu ilə tanış olublar. 

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın məqsədi elm və təhsil sahəsində insan resurslarının inkişafına dəstək göstərmək, tələbə və məzunların praktiki bilik və bacarıqlarını artırmaq, müasir idarəetmə yanaşmalarını mənimsəmələrinə və peşəkar mühitə inteqrasiyalarına şərait yaratmaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az