logo
logo logo
logo

BMT-dən xəbərdarlıq - 2100-cü ilədək...

15:11 - 21 Oktyabr 2026

BMT-dən xəbərdarlıq - 2100-cü ilədək...

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ölkələr iqlim böhranı ilə mübarizə çərçivəsində verdikləri vədləri yerinə yetirsələr belə, qlobal temperaturun 2100-cü ilədək sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,6 dərəcə yüksələcəyinin gözlənildiyini açıqlayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, UNEP-in dərc etdiyi “Emissiyalar fərqi” hesabatına görə, ABŞ-nin Paris İqlim Sazişindən rəsmən çıxması və əvvəlki dövrlərə aid emissiya göstəricilərinin yenilənməsi səbəbindən qlobal istiləşmə ilə bağlı proqnozlar ötən illə müqayisədə pisləşib.

Hesabatda bildirilir ki, ölkələr BMT-yə təqdim etdikləri iqlim planlarında nəzərdə tutulan öhdəlikləri yerinə yetirsələr belə, əsrin sonunadək qlobal temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,6 dərəcə arta bilər.

Ölkələrin yeni öhdəliklər götürmədən mövcud siyasətlərini davam etdirməsi halında isə temperatur artımının 2,8 dərəcəyə çatacağı proqnozlaşdırılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az