Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
20:34 - 5 İyun 2024
Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Sürücülər daha çox Çin istehsalı olan avtomobillərin servis xidmətinin olmamasından və ehtiyat hissələrinin tapılmamasından narazılıq edirlər.
Manset.az belə sürücülərdən birinin sosial şəbəkə vasitəsilə etdiyi etirazı təqdim edir.
Belə ki, Çin istehsalı olan “Changan” markalı avtomobilin sürücüsü bu modelin ehtiyat hissələrin olmamasından şikayətlənir.
O, avtomobilin arxa hissəsinə “Çinin oyuncağı”, “6 aydır ehtiyat hissəsi gözləyirəm, satanda belə deməmişdilər” sözlərini yazaraq öz etirazını bildirir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda Çin istehsalı olan avtomobillər nisbətən ucuz satılsa da, amma keyfiyyətsizliyi ilə ciddi narazılığa səbəb olub. ///Demokrat.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin