Çinin ən hündür şəlaləsi saxta çıxdı

13:45 - 7 İyun 2024

Çinin ən hündür şəlaləsi saxta çıxdı

Çinin ən yüksək fasiləsiz şəlaləsi kimi tanınan Yuntai dağ şəlaləsinin borudan gələn su ilə gücləndirildiyi görülüb.

 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, Turizm parkının nümayəndələri "kiçik təkmilləşdirmə" etdiklərini etiraf ediblər.

Belə ki, Çində bir səyahətçi ölkənin ən yüksək fasiləsiz şəlaləsi kimi tanınan Yuntai dağ şəlaləsindən gələn suyun qaya səthinə yapışan borudan gəldiyini göstərən video paylaşıb.

Sosial mediada viral hal alan bu video ilk dəfə bazar ertəsi, mayın 3-də yayımlandıqdan sonra 70 mindən çox bəyənmə toplayıb.

Şəlalənin yerləşdiyi Yuntai turizm parkının operatorları, ziyarətçilərinin quraq mövsümdə buraya gəlməyə dəyər olduğunu hiss etdirmək üçün "kiçik təkmilləşdirmə" etdiklərini bildiriblər.

Henan əyalətinin mərkəzində yerləşən 312 metrlik Yuntai şəlalələri YUNESKO-nun Qlobal Geoparklar siyahısında olan Yuntai Dağ Geoparkının daxilində yerləşir. Milyonlarla ziyarətçi bir milyard ildən əvvəl formalaşmış geoloji strukturları görmək üçün hər il buraya səyahət edirlər.

Park rəsmiləri bildiriblər ki, şəlaləyə su vurmaq üçün istifadə etdikləri su bulaq suyudur və təbiət mənzərəsinə heç bir zərər vurmur. 

"Düşünürəm ki, bunu etmək yaxşıdır. Əks halda insanlar heç nə görə bilməsələr, məyus olacaqlar" - deyə Weibo istifadəçilərindən biri deyib.

Buna baxmayaraq tənqid edənlər də az olmayıb.

 


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin