Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
20:43 - 11 İyun 2024
Avropa Parlamentinə keçirilən son seçkilər AB-də demokratik böhranın əlamətlərini ortaya qoydu.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Seçkilərdən sonra müəyyən dəyişikliklər olacaq. Hərçənd mahiyyətcə hadisələr əvvəlki kimi inkişaf etməyə davam edəcək. Bircə bunu demək olar: Bu seçkilər nəticəsində böhran əlamətlərinə zəmin yaranıb. Bu, bir növ demokratik böhrandır. Mən əminəm ki, Avropa ortamüddətli perspektivdə bu böhrandan çıxacaq”, - Kobaxidze bildirib.
Qeyd edək ki, iyunun 6-dan 9-dək AB ölkələrində Avropa Parlamentinə seçki keçirilib. Səsvermə nəticəsində sağçı və ifrat sağçı partiyalar bir çox Aİ ölkələrində mövqelərini gücləndiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin