Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

15:05 - 16 İyun 2024

Yevlaxda yol qəzasında xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB

Xaldan-Mingəçevir yolunda baş vermiş avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1959-cu il təvəllüdlü M.Əhmədova, 1991-ci il təvəllüdlü Ş.Əhmədova, 2019-cu il təvəllüdlü E.Əhmədova, 2020-ci il təvəllüdlü M.Əhmədova, 1985-ci il təvəllüdlü T.Əhmədova, 2011-ci il təvəllüdlü N.Məmmədli, 1983-cü il təvəllüdlü S.Ağayev və 1984-cü il təvəllüdlü N.Sadıqov xəsarət alıblar.

Qeyd edək ki, hadisə 2 avtomobilin toqquşması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

14:34

Yevlaxda iki avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəsarət almış üç uşaq, üç qadın və iki kişi Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Bir nəfər ağız nahiyəsindən ağır xəsarət aldığından əməliyyata götürülüb, digərlərinin vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin