Kürdəmirdə ağır yol qəzası - Ölən var

09:05 - 18 İyun 2024

Kürdəmirdə ağır yol qəzası - Ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 1976-cı il təvəllüdlü Elşən Məhəmmədəli oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı minik maşını ilə “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2107”-nin sürücüsü E. Qasımov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin