logo
logo logo
logo

Trampı görən Meloni üzünü çevirdi - Gərginlik davam edir

16:31 - 08 İyul 2026

Trampı görən Meloni üzünü çevirdi - Gərginlik davam edir

NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ankarada keçirilən ailə fotosessiyası zamanı ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasındakı soyuq münasibət diqqətdən yayınmayıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Trampın sosial şəbəkədə Meloni haqqında "Uzaqlaşdırılmalıdır" məzmunlu paylaşımından sonra iki lider arasında diplomatik gərginlik daha da artıb. Prezident Kompleksində keçirilən protokol tədbirləri zamanı Meloninin Trampa qarşı məsafəli davranışı və ailə fotosu çəkilərkən onun istiqamətinə baxmaması diqqət çəkib.

Sammitə gəliş zamanı da maraqlı anlar yaşanıb. Trampın ən sonda gələcəyi gözlənilsə də, Prezident Kompleksinə bütün liderlərdən sonra İtaliyanın Baş naziri Corcia Meloni gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan tədbir məkanına daxil olarkən, Melonini girişdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz qarşılayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az