90-cı illərdə yayımlanan "Yasemince" televiziya proqramındakı obrazı ilə tanınan türkiyəli aktrisa Ruhsar Gültekin beyin qanaması keçirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 62 yaşlı aktrisanın İstanbulun Kiçikçəkməcə rayonunda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirildiyi və hazırda müalicəsinin davam etdiyi bildirilib.
Bu barədə aktrisa Parla Şenol məlumat verib. O, sosial şəbəkə hesabında paylaşdığı məlumatda, "Beyin qanamasından sonra əməliyyat olundu və hazırda reanimasiya şöbəsindədir. Çox üzgünəm..." sözlərini yazıb.
Ruhsar Gültekinin səhhəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.