Saxta jurnalist saxlanıldı

16:36 - 24 İyun 2024

Saxta jurnalist saxlanıldı

Türkiyədə polis tərəfindən şübhəli bilinərək saxlanılan Batuhan U.-dan polis radiosu və boş tapança ələ keçirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, özünü jurnalist kimi təqdim edən Batuhan U.-nun göstərdiyi mətbuat vəsiqələrinin saxta olduğu da müəyyən edilib.

Təhlükəsizlik qrupları Batuhan U.-nun əlində polis radiosu olduğunu görübn və onu saxlayıb.

Jurnalist olduğunu deyən şübhəlinin göstərdiyi şəxsiyyət vəsiqəsinin saxta olduğu müəyyən edilib.

Şübhəli şəxsdən iki ədəd polis radiosu və boş tapança götürülüb.

Nəzarətə alınan Batuhan U. əməliyyat üçün Şəhid Mehmet Kartal Polis İdarəsinə aparılıb.

Radioları və boş tapançası müsadirə edilən şübhəli barəsində məhkəmə istintaqı başladılıb.

 

Fidan Əliyeva

 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin