Şəmkirdə qonşunun azyaşlının döyməsi ilə bağlı DİN-dən AÇIQLAMA

16:55 - 24 İyun 2024

Şəmkirdə qonşunun azyaşlının döyməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Bəzi xəbər saytlarında Şəmkir rayon sakini olan azyaşlının qonşusu tərəfindən döyülməsi bağlı bəzi xəbər saytlarında informasiya paylaşılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Manset.az-ın sorğusuna cavab olaraq bildirib ki, May ayının 19-da Şəmkir rayon sakini A. Həsənova Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək 9 yaşlı qızının və 6 yaşlı oğlunun həyətdə oyanayan zaman qonşuluqda yaşayan azyaşlılar tərəfindən döyülmələri və seksual xarakterli hərəkətlər edilmələri barədə məlumat verib. Eyni zamanda həmim tarixdə Şəmkir rayon sakini S. İsgəndərov 5-ci sinif şagirdi övladının qonşusu tərəfindən döyülməsi barədə polisə məlumat daxil olub. Hər iki müraciət Şəmkir Rayon Polis Şöbəsində qeydə alınaraq İstintaq Bölməsində araşdırmalar başlanılıb və müvafiq ekspertizalar təyin olunub. Müraciətlərdə adları səsləndirilən azyaşlıların validyenlərinin iştirakı ilə izahatı alınıb. Araşdırmalar zamanı məlum olub ki, A. Həsənovanın anası K. Həsənova nəvələrinin qoşuluqda yaşayan iki azyaşlı tərəfindən döyülməsi və seksual hərəkətələrə məruz qalmasını bildikdə dərhal qonşusugilə getmiş və orada olan azyaşlıyın üzündən tutub qaldırmaq istəyən zaman sonuncunun yıxılaraq xəsarət alması məlum olub. 

Aparılan araşdırmaların nəticəsində ekspertizanın veridiyi rəylər nəzərə alınaraq K. Həsənovanın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci Maddəsinin ( Döymə) tərkib hissəsi olduğu üçün şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar Şəmkir Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilib. Toplanılmış material hüquqi qiymət verilməsi üçün Şəmkir Rayon Məhkəməsinə göndəriləcəkdir.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin