Ölkəmizdə Rusiya Mədəniyyəti Günləri başlanır

18:00 - 24 İyun 2024

Ölkəmizdə Rusiya Mədəniyyəti Günləri başlanır

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində  "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024 - 2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.

Manset.az xəbər verir ki, Mədəniyyət günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.

Tədbir çərçivəsində iyunun 24-də saat 19:00-da Heydər Əliyev Sarayında Rusiya incəsənət ustalarının iştirakı ilə təntənəli qala konsert keçiriləcək.

İyunun 25-də saat 11:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.
Həmin gün axşam saat 20:00-da sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin  "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin