Prezidentdən Hadrutun azad edilməsi ilə bağlı PAYLAŞIM
9 Oktyabr 2024
18:05 - 12 İyul 2024
"WhatsApp" tərtibatçıları səsli mesajların transkripsiyası funksiyasını sınaqdan keçirməyə başlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yenilik artıq "Android" üçün "WhatsApp"ın 2.24.15.5 nömrəli beta versiyasında müşahidə edilib.
Dərc edilmiş ekran görüntülərindən məlum olur ki, tətbiqin test istifadəçiləri artıq alınan və göndərilən səsli mesajlar üçün transkripsiya funksiyasını aktivləşdirə bilərlər. Lakin bu, əlavə məlumat paketinin yüklənməsini tələb edəcək. Bu qərar məxfilik məqsədilə qəbul edilib və səsli mesajları "WhatsApp" serverlərində emal etmək ehtiyacı olmadan birbaşa cihazda deşifrə etməyə imkan verir.
Hazırkı mərhələdə istifadəçilər deşifrə üçün mövcud beş dildən - rus, ingilis, ispan, portuqal (Braziliya) və hind dillərindən yalnız birini seçə bilərlər. Qeyd olunur ki, gələcəkdə dəstəklənən dillərin sayı artırılacaq.
Yeniliyin "Android" və "iOS"da bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt işləyəcəyi açıqlanmayıb.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin