"Beşiktaş" - "Şaxtyor" matçının tarixi bir qolla həll oldu - VİDEO

16:18 - 18 İyul 2024

\"Beşiktaş\" - \"Şaxtyor\" matçının tarixi bir qolla həll oldu - VİDEO

Mövsümlər arası fasilə klublar üçün öz qüvvələrini sınamaq baxımından yaxşı fürsət yaradıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, fürsətdən yararlanan komandalar hazırda yoldaşlıq görüşləri ilə yerli və beynəlxalq turnirlərə hazırlıqlarını davam etdirirlər.

Belə qarşılaşmalardan birində İstanbulun "Beşiktaş" klubu Donetsk "Şaxtyor"u ilə üz-üzə gəlib.

Matçın taleyini Ukrayna komandasının braziliyalı futbolçusu Eqinaldonun 66-cı dəqiqədə vurduğu qol həll edib - 0:1.

Beləliklə də, "qara qartallar" meydançadan məğlub ayrılıblar.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az