iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin

08:00 - 23 İyul 2024

iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin

"Apple App Store"da şəkillərlə işləmək üçün nəzərdə tutulmuş proqram adı ilə seriallara baxmaq üçün pirat proqram uğurla yoxlama sədlərini keçə bilib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, "Collect Cards: Store box" tətbiqi foto və video məzmunu idarə etmək üçün sadə interfeysə malik olub, lakin quraşdırıldıqdan sonra o, "Netflix", "Disney+", "Amazon Prime Video", "HBO Max" və "Apple TV+" kimi məşhur striminq xidmətlərindən qeyri-qanuni materiallar təklif edən platformaya çevrilib.

Bu hiyləgər manevrin uğur qazanmasının səbəbi istifadəçilərin coğrafi mövqeyini müəyyən etmək olub. ABŞ və bəzi digər bölgələrdə tətbiq fotoşəkillərlə işləmək üçün yalnız zərərsiz funksionallıq nümayiş etdirib və bununla da "App Store" moderatorlarının diqqətindən yayınıb. Eyni zamanda, Braziliya və digər ölkələrin sakinləri pirat məzmuna çıxış əldə ediblər ki, bu da proqrama hətta Braziliya "App Store"da pulsuz proqramlar reytinqində birinci olmağa imkan verib.

Buna baxmayaraq, "Apple" proqramı "App Store"dən silib. "App Store"un 500-dən çox mütəxəssisdən ibarət moderator komandası hər həftə 100 mindən çox proqramı nəzərdən keçirir, lakin yenə də avtomatlaşdırılmış sistemlərdən asılılıq bu işdə olduğu kimi bu cür proqramların yoxlamadan keçməsinə imkan verir.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin