SEPAH bu ölkənin neft tankerini ələ keçirdi

16:25 - 29 İyul 2024

SEPAH bu ölkənin neft tankerini ələ keçirdi

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH iyulun 26-da Fars körfəzində Toqo bayrağı altında 700 min litr qaçaqmal neft daşıyan Pearl G tankerinin saxlandığını elan edib.

Hərbçilər gəminin Birləşmiş Ərəb Əmirliklərində yaşayan iraqlıya məxsus olduğunu bildiriblər.

Bəyanatda vurğulanır ki, həbs olunan zaman tanker İran gəmisindən qaçaqmalçılıq yolu ilə gətirilən yanacaqla yüklənirmiş.

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv