30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edildi

14:49 - 2 Avqust 2024

30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edildi

Cəbrayıl rayonunun Xudafərin kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Camal Möhübbət oğlu Quliyevin meyitinin qalıqları Laçın rayonuna gətirilib.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, hazırda Laçın şəhərində şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Quliyev Camal Möhübbət oğlu 1969-cu il iyunun 1-də anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ilin avqustunda Cəbrayıl rayonunda itkin düşüb.

C.Quliyev Laçın şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin