Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
10:16 - 5 Avqust 2024
Çin hökuməti doğum nisbətlərinin azalması və rekord qıran evlilik nisbətləri ilə mübarizəni davam etdirir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, evlilik nisbətləri ilə mübarizə çərçivəsində bir universitet evliliklə bağlı mədəniyyəti təşviq etmək və inkişaf etdirmək üçün "Evlilik Xidmətləri və İdarəetmə" adlı bir bakalavr proqramı açacağını açıqlayıb.
Bu ilin payızında açılması planlaşdırılan şöbə "nikahla əlaqəli mədəniyyəti inkişaf etdirmək üçün peşəkarlar yetişdirmək" məqsədi daşıyır.
Bu xəbərdən sonra Mülki İşlər Universitetində açılacaq bakalavr proqramı evlilik nisbətlərinin azaldığı bir vaxtda bu diplomu mənasız görənlərin sıx reaksiyası ilə üzləşib.
"Evlilik Xidmətləri və İdarəetmə" adlı bölmədə ailə məsləhəti, dəbdəbəli toy planlaması kimi mövzular müzakirə ediləcək.
Çin rəsmiləri bildirir ki, gənclərin evlənməkdən çəkinmələrinin səbəbi Çin iqtisadiyyatının durğunluğuna görə iş imkanlarının pisləşməsi və istehlakçı inamının azalması kimi qiymətləndirilib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin