Maaş və təqaüdlər bu qədər artacaq - AÇIQLAMA
16 Oktyabr 2024
14:15 - 5 Avqust 2024
Belçikalı triatlonçu Kler Mişel Sena çayındakı yarışdan sonra xəstəxanaya yerləşdirilib. O, bir neçə gündür ki, mədə ağrısı və sancılardan əziyyət çəkir. Buna görə də qarışıq estafet yarışında iştirak edə bilməyəcək.
Manset.az xəbər verir ki, Belçika mətbuatı Kler Mişelin Sena çayında keçirilmiş qadınların fərdi triatlon yarışlarından sonra “E.coli” bakteriyasına yoluxduğunu yazıb. Bildirilir ki, müayinələrdən sonra belçikalı üzgüçünün Sena çayında bakteriyaya yoluxduğu məlum olub. Üzgüçü mədəsində və bağırsaqlarında problemlərdən şikayətlənir. Kler Mişel xəstələndikdən sonra Belçika komandası qarışıq triatlon yarışında iştirak etməyib.
“Belçika Olimpiya İnterfederal Komitəsi (COIB) və Belçika Triatlonu ümid edir ki, növbəti triatlon yarışları üçün mövcud vəziyyətdən nəticə çıxarılacaq. Burada (“Paris-2024”) məşqlərin, yarış günlərinin və yarışların formatının təminatı haqqında düşünürük, halbuki bütün bunlar əvvəlcədən dəqiqləşdirilməli və tam hazır olmalı idi”, - deyə COIB Fransanın “l'Equipe” idman qəzetinə verdiyi mətbuat açıqlamasında yazıb.
Qeyd edək ki, Sena çayı suyunun göstəriciləri üzgüçülüyə yararsız olduğu üçün müvafiq məşq və yarışlar iki dəfə təxirə salındı. Yarışlar Sena suyunda “E.coli” bakteriyasının səviyyəsi 2 dəfə azaldıqdan sonra baş tutdu.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin