Fransa millisinin baş məşqçisi postunu tərk etdi

18:28 - 19 Avqust 2024

Fransa millisinin baş məşqçisi postunu tərk etdi

Keçmiş hücumçu Tyerri Anri 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçi postunu tərk edib.

 

Manset.az xəbər verir ki, 47 yaşlı mütəxəssis şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.

Onun rəhbərlik etdiyi komanda “Paris-2024” Yay Olimpiya Oyunlarında İspaniya seçməsinə 3:5 hesabı ilə uduzaraq gümüş medala yiyələnib. Bu mükafatın karyerasının ən böyük nailiyyətlərdən biri olduğunu vurğulayan T.Anri bu təcrübəyə görə federasiyaya, oyunçulara və azarkeşlərə təşəkkür edib.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin