Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc öldü

22:17 - 18 Aprel 2026

Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc öldü

Sumqayıt şəhərində gəncin ölümü ilə nəticələnən hadisə qeydə alınıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin futbol meydançalarının birində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Əliyev Müsü Etibar oğlu futbol oynayarkən qəfil halı pisləşib.

Ətrafdakı şəxslərin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az