Qırğızıstanın iri bankları ABŞ-nin sanksiyalarından sonra mobil proqramları vasitəsilə Rusiyaya pul köçürmələrini dayandırıblar .
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dayandırılmalar iyun ayında ABŞ-nin Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən Moskva birjasına məhdudiyyətlər tətbiq etməsindən sonra baş verib. Buna cavab olaraq iri Qırğızıstan bankları xarici sistemlər vasitəsilə pul köçürmələrini dayandıracaqlarını açıqlayıb .
Xatırladaq ki, keçən həftə Cənubi Koreyanın Kookmin Bankı da gələn aydan etibarən Qırğızıstan bankları üçün ABŞ dolları köçürmələrinin dayandırıldığını elan etmişdi.