Pakistanda polisə raket hücumu olundu - Ölən və yaralılar var

18:23 - 23 Avqust 2024

Pakistanda polisə raket hücumu olundu - Ölən və yaralılar var

Pakistanın Pəncab əyalətində polis maşınlarına raket hücumu olunub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində 12 polis ölüb, 7 polis əməkdaşı yaralanıb.

Pakistanın daxili işlər naziri Muhsin Naqvi hücumu pisləyib və həyatını itirən polis əməkdaşlarına başsağlığı verib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az