Rusiyanın Sankt-Peterburq şəhərində "Putin Team Russia" markalı mağazalar şəbəkəsinin ilk filialı açılacaq.
Manset.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin adını daşıyan ilk mağaza "Nevskiy Center" ticarət kompleksinin ikinci mərtəbəsində 100 kvadratmetrlik sahədə açılacaq.
Brendin PR direktoru Yelizaveta Şişkina açılış tarixinin 30 sentyabrda olacağını açıqlayıb.
Qeyd edək ki, yeni mağaza "Putin Team Russsia"nın şəhərdə ictimaiyyətə açıq olan ilk mağazası olacaq.