Belarus Polşa ilə sərhəddə ərazi müdafiə təlimləri keçirəcək

18:38 - 20 Sentyabr 2024

Belarus Polşa ilə sərhəddə ərazi müdafiə təlimləri keçirəcək

Belarus tərəfi Brest vilayətinin Kamenets vilayətində (Polşa ilə həmsərhəd) komanda-qərargah təlimləri keçirəcək.

 

Manset.az xəbər verri ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər sentyabrın 23-25-də regionun ərazi qoşunlarının şəxsi heyəti ilə təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

İdarədən verilən məlumata görə, təlimlərdə ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılmış hərbi qulluqçular, Kamenets Rayon Daxili İşlər İdarəsinin nümayəndələri, o cümlədən “Xalq milis dəstəsi”nin könüllülərindən yaradılan hərbi qulluqçular iştirak edəcəklər. 

Təlimlər zamanı əsas diqqətin “əhalinin həyat təminatı obyektlərinin mühafizəsi və müdafiəsi, düşmənin təxribat və kəşfiyyat qruplarına qarşı mübarizə”yə yönəldilməsi nəzərdə tutulur.

 

 

 

 


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin