“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmiş, nəticədə Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmamışdı.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. “Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində hər zaman deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”
K.Qafarov qeyd edib ki, Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməmiş, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırmışdı. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən müharibənin başlandığı gün- sentyabrın 27-də keçirilir. Nəhayət, bütün bu cinayətlərə son qoymaq və ölkənin suverenliyini tam bərpa etmək məqsədilə Azərbaycan keçən il lokal xarakterli antiterror tədbirlərini keçirməli oldu.Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.”
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:16 - 27 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Mart 2026 - 13:24
Prezidentin köməkçisi daha bir görüş keçirdi
14 Mart 2026 - 10:09
Qlobal dəyişikliklər dövründə Azərbaycanın sülh və təhlükəsizlik təcrübəsi
14 Mart 2026 - 10:27
Azərbaycanda dövlət agentliyi ləğv edildi
14 Mart 2026 - 10:45
Bakıda yanacaqdoldurma məntəqəsi bağlandı
14 Mart 2026 - 12:27
Bakıda ucuz mənzillər satışa çıxarıldı
13 Mart 2026 - 23:53
24-cü günün duası - İmsak və iftar vaxtı
14 Mart 2026 - 14:48
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
14 Mart 2026 - 00:37
"ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir" - KİV
14 Mart 2026 - 09:35
Bu gün “Qarabağ”ın oyunu var
14 Mart 2026 - 00:04
SEPAH "Gerçək vəd - 4" əməliyyatının növbəti dalğasını başlatdı
13 Mart 2026 - 22:53
Əraqçi Türkiyəyə təşəkkür etdi
14 Mart 2026 - 00:56
İranda minlərlə mülki obyektə ziyan dəyib
Xəbər xətti
- 14 Mart 2026
- 22:29 Gənc oğlan evin həyətində ölü tapıldı
- 22:14 İlin ən pis filmləri və aktyorları açıqlandı
- 21:53 "İsrail Qəzza zolağı kimi, İran və Livanı da bombalayır" - Ərdoğan
- 21:34 Müctəba Xameneinin vəziyyəti ilə bağlı iddialara CAVAB
- 21:14 "Qarabağ" "Zirə"ni məğlub etdi
- 20:58 Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
- 20:43 Neftçalada qadın dəm qazından boğuldu
- 20:26 BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib
- 20:14 Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul etdi - FOTOLAR
- 19:59 Ailəsi 58 yaşlı kişinin meyitini tapdı
- 19:45 "İran enerji obyektlərinə qarşı istənilən hücuma cavab verəcək"
- 19:23 "Bir sıra ölkələr Hörmüz boğazına hərbi gəmilər göndərəcək" - Tramp
- 19:16 Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng aşkarlandı
- 18:52 Bu gün Bakıda 537 küçə yuyuldu - FOTOLAR
- 18:31 Sosial şəbəkədə söyüş söyən 3 nəfər həbs olundu
- 18:14 Rəqsanənin Gəncədəki konserti ləğv olundu
- 18:06 XIII Qlobal Bakı Forumu öz işini yekunlaşdırdı
- 17:43 Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
- 17:27 Elektron sənəd dövriyyəsinə keçidin məntiqi davamı
- 17:14 "Sabah" "İmişli"ni məğlub etdi
- 16:51 24 Hindistan gəmisindən 2-si Hörmüz boğazından keçib
- 16:38 Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ
- 16:19 “Ən böyük tənqidçim özüməm" - "Qarabağ”ın futbolçusu
- 16:03 Makron Livanla İsrail arasında vasitəçilik təklif edir
- 15:49 Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanıldı
- 15:34 Pakistanlı diplomat İrandan Azərbaycan sərhədi ilə təxliyə olundu
- 15:16 "İranla müharibə kəskinləşir və həlledici mərhələyə qədəm qoyur"
- 14:59 İşlədiyi ofisdən 9000 dollarlıq fotoaparat oğurladı - Saxlanıldı
- 14:48 Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
- 14:32 İrandan daha 21 nəfər Azərbaycana təxliyə edildi
- 14:14 SEPAH BƏƏ-yə xəbərdarlıq etdi
- 13:52 Müşviqabad hövzəsində kanalizasiya kollektorları tikilir - VİDEO/FOTO
- 13:32 Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
- 13:24 Prezidentin köməkçisi daha bir görüş keçirdi
- 13:10 Bazar günü hava necə olacaq?
- 12:59 Türkiyədən vətəndaşlarına İraqla bağlı XƏBƏRDARLIQ
- 12:45 Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü
- 12:27 Bakıda ucuz mənzillər satışa çıxarıldı
- 12:12 Həftəsonu səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ
- 11:59 4 yaşlı uşaq su quyusuna düşüb öldü - Salyanda FACİƏ
- 11:44 Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
- 11:30 “Bakı beynəlxalq müzakirə platformasına çevrilir”
- 11:15 Bakıda market və bank kartından oğurluq edildi
- 11:05 Ayxan Abbasov klub rəhbərlərini sərt tənqid etdi - VİDEO
- 10:52 Minik və yük avtomobilləri toqquşdu - Ölən var
- 10:45 Bakıda yanacaqdoldurma məntəqəsi bağlandı
- 10:27 Azərbaycanda dövlət agentliyi ləğv edildi
- 10:09 Qlobal dəyişikliklər dövründə Azərbaycanın sülh və təhlükəsizlik təcrübəsi
- 10:03 ABŞ-ın azı 13 hərbçisi Yaxın Şərqdə həlak oldu
- 09:35 Bu gün “Qarabağ”ın oyunu var
- 09:22 XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir