“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir: “Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir” .
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”- Kamaləddin Qafarov
10:45 - 28 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
03 Mart 2026 - 14:40
SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
03 Mart 2026 - 09:26
Naxçıvanda mediaya rəhbərlik ona həvalə edildi - FOTO
03 Mart 2026 - 18:39
Bu ərazidə qaz kəsiləcək - XƏBƏRDARLIQ
03 Mart 2026 - 18:11
Hazırda 22 yolda tıxac var - SİYAHI
03 Mart 2026 - 17:48
"Bütün dünyaya yayılacaq" - İrandan narahat edən AÇIQLAMA
03 Mart 2026 - 23:36
Azərbaycanda hər gün 32 uşaq nikahdankənar doğulur
03 Mart 2026 - 17:07
Bu tarixdə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
03 Mart 2026 - 23:12
On dördüncü günün duası - İmsak və iftar vaxtı
03 Mart 2026 - 18:22
Maşınla skuter sürən 2 yeniyetməni vurdu
03 Mart 2026 - 15:20
Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
03 Mart 2026 - 13:12
Bakı-Sumqayıt yolunda tıxaca son - 3 tunel inşa olunacaq
03 Mart 2026 - 17:42
Türkiyədə güclü partlayış - Yaralananlar var
Xəbər xətti
- 04 Mart 2026
- 02:01 "İrana endirilən zərbələr beynəlxalq hüquq normalarını aşır" - Makron
- 01:54 "AEBA İranda nüvə silahı aşkar etməyib" - Qrossi
- 01:27 Rubio İrana qarşı ən ağır zərbələrin olacağını AÇIQLADI
- 01:06 SON DƏQİQƏ! İranın yeni dini lideri Müctəba Xamenei oldu
- 01:03 Qum şəhərinə endirilən zərbələr nəticəsində 6 nəfər öldü
- 00:42 "İsrailin hava məkanı çərşənbə günü açılacaq" - Miri Reqev
- 00:23 İsrail Tehrana yaxın gizli nüvə obyektini MƏHV ETDİ
- 00:12 Rusiya FHN təyyarəsi Lənkərana endi - VİDEO
- 00:03 "SEPAH-ın Livana cavabdeh komandiri öldürüldü" - IDF
- 03 Mart 2026
- 23:56 Meteohəssas insanların DİQQƏTİNƏ
- 23:48 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin nəzərinə
- 23:36 Azərbaycanda hər gün 32 uşaq nikahdankənar doğulur
- 23:27 ABŞ 130 vətəndaşını İsraildən çıxardı
- 23:12 On dördüncü günün duası - İmsak və iftar vaxtı
- 22:57 Dubay və Əbu-Dabidə partlayışlar baş verib
- 22:44 "Xamenei Məşhəd şəhərində dəfn olunacaq" - KİV
- 22:26 "İranın qonşu ölkələrlə problemi yoxdur" - Əraqçi
- 22:14 Prezident ailəsi ilə tonqal ətrafında - FOTO
- 21:58 ABŞ bu ölkədəki səfirliyini bağladı
- 21:43 "İranın HDQ, HHQ və HHM sistemləri məhv edilib" - Tramp
- 21:29 Qətərdə partlayış səsləri eşidilir
- 21:12 Lavrov Əraqçi ilə ABŞ və İsrailin İrana zərbələrini müzakirə etdi
- 20:51 ETSN yanında İctimai şuraya yeni üzvlər seçilib
- 20:34 ABŞ və İsrail SEPAH bazalarına zərbə endirdi
- 20:28 Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR
- 20:16 "İsrail İrana hücumları artıracaq" - Netanyahu
- 19:54 Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı
- 19:37 Qətər İrana zərbələr endirdi
- 19:21 Ali lideri seçən Şuranın binası vuruldu
- 19:14 Paşinyan Gürcüstanda işgüzar səfərdədir
- 19:13 “Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən biridir” - Deputat
- 18:58 Bayramov fransalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
- 18:48 Bu günə qədər Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların SAYI
- 18:39 Bu ərazidə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 18:22 Maşınla skuter sürən 2 yeniyetməni vurdu
- 18:11 Hazırda 22 yolda tıxac var - SİYAHI
- 17:55 Xəstə azyaşlıya yardım üçün toplanan pulu oğurladı - VİDEO
- 17:48 "Bütün dünyaya yayılacaq" - İrandan narahat edən AÇIQLAMA
- 17:45 ETX-də Yaponiyanın Milli CERT-nin nümayəndələri ilə görüş keçirildi - FOTO
- 17:42 Türkiyədə güclü partlayış - Yaralananlar var
- 17:41 Emin Əmrullayevlə Məleykə Abbaszadə rektorları TOPLADI
- 17:38 Bu ölkədə 6 baldan güclü zəlzələ oldu
- 17:35 "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
- 17:33 "İranın Buşehr Nüvə Stansiyası təhlükədədir" - Rusiyadan XƏBƏRDARLIQ
- 17:28 "Türkiyə özünü hər zaman qoruyur"
- 17:27 ABŞ qüvvələri nəhəng İran gəmisini vurdu
- 17:23 Hollivudun məşhur ulduzu amansız xəstəliyə tutuldu
- 17:22 Bakının bu küçəsində hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
- 17:19 "Danışmaq istəyirlər, “çox gecdir” dedim" - Tramp
- 17:18 Gedson Fernandes Türkiyə futboluna qayıdır
- 17:08 Saray qəsəbəsində 15 kq narkotik aşkarlandı