Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
00:30 - 6 Oktyabr 2024
Şri-Lanka dövlət borcunun restrukturizasiyası prosesini tamamlayıb və iflasdan çıxıb.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkədəki səhifəsində Maliyyə Nazirliyinin ölkənin iqtisadi inkişaf, milli siyasət, planlaşdırma və turizmlə bağlı müvafiq əmrini dərc edən Şri-Lankanın keçmiş xarici işlər naziri Əli Sabri bildirib.
Onun sözlərinə görə, ada dövlətinin hakimiyyət orqanları Şri-Lankanın bərpasına töhfə verən mühüm iqtisadi islahatlar həyata keçirib:
"Bu gün Şri-Lanka rəsmi olaraq borcun restrukturizasiya prosesini tamamlayıb və ölkənin iflasdan çıxdığını qeyd edib, bu, 2022-ci ilin aprelində harada olduğumuzu nəzərə alsaq, inanılmaz bir nailiyyətdir. Restrukturizasiya prosesinin başa çatdırılması borcun məqbul səviyyəsinə nail olmaq üçün perspektivlər açır. Hesablamalara görə, bu, ölkəyə təxminən 17 milyard dollar qənaət edəcək və maliyyə vəziyyətini xeyli yüngülləşdirəcək".
Son bir neçə ildə Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən sonra özünün ən pis maliyyə və iqtisadi böhranını yaşayır. Buna pandemiya ilə əlaqədar xarici turizmin azalması səbəb olub ki, bu da ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olub.
2022-ci ilin mart ayına qədər ümumi borc yükü 21,6 trilyon Şri Lanka rupisinə (58 milyard dollardan çox) çatıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin