Pakistanın Bəlucistan əyalətində kömür mədəninə silahlı hücum edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səlahiyyətlilər raket və qumbaraatanların da istifadə edildiyi hücumda ilkin tapıntılara görə 20 mədənçinin həyatını itirdiyini, 7 mədənçinin isə yaralandığını bildirib.
Ölənlər arasında Əfqanıstan vətəndaşlarının olub. Hücum edənlərin mədəndəki bəzi maşınları yandırıb.
Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilib.