Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - FOTOLAR
5 Noyabr 2024
16:33 - 15 Oktyabr 2024
Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.
Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. H. həmyerlisi 7-ci sinif şagirdi H. Q. tərəfindən bıçaqlanıb.
Hadisə dərsdən sonra baş verib. H.Q. polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 13:00 radələrində 2008-ci il təvəllüdlü şəxs xəsarət alması səbəbilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona qarının ön divarından daxilə keçən, mədənin ön və arxa divarlarının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Xəsarət alan şəxsə zəruri cərrahi və reanimasiyon tibbi yardım göstərilib.
Hazırda tibb müəssisəsində müalicəsi davam etdirilir. Vəziyyəti kafi olaraq qiymətləndirilir”.
***
Mil-Muğan Regional Təhsil İdarəsi də hadisə ilə bağlı məlumat yayıb.
“Ötən gün saat 14:00-15:00 radələrində məktəbdənkənar ərazidə Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zəminində xəsarət yetirib. Xəsarət alan məktəbli tibb müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.
Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - məlumatda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin