Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil müəssisələrində keçirilmiş diaqnostik qiymətləndirmədən danışıb.
Manset.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bağçalardakı diaqnostik qiymətləndirmənin ilkin nəticələri göstərir ki, görülməli işlər çoxdur.
O qeyd edib ki, ümumi nəticəsi qənaətbəxş olan tərbiyəçilərlə yanaşı, təkmilləşdirməyə ehtiyacı olanlar da var.
Nazir bildirib ki, bağça tərbiyəçiləri üçün təlim paketi hazırlanır.