"Dərnəgül" stansiyasından gələn qatarlar "Xətai" stansiyasına kimi hərəkət edəcəklər" - Vüsal Aslanov
20 Yanvar 2025
16:39 - 24 Oktyabr 2024
Brüssel Kazanda keçirilən BRICS sammitinin bəyannaməsini nəzərə alıb, lakin Aİ-nin qəbul etdiyi sanksiyalarla bağlı iddiaları rədd edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Biz Avropa İttifaqı olaraq Kazanda BRICS sammitinin sanksiyalarla bağlı ifadəsini bizim ünvanımıza yönəldilmiş saymırıq. Aİ-nin sanksiyaları Avropa İttifaqının hüququna əsaslanan, Aİ-dəki vətəndaşlar və təşkilatlar üçün yerinə yetirilməsi vacib olan qanuni qərarlardır. BRICS sammitinin ümumi nəticələrinə gəlincə, biz Kazanın bəyannaməsini nəzərə aldıq," - Brüsseldəki brifinqdə Avropa diplomatiyasının rəhbəri Josep Borrell-in mətbuat katibi Peter Stano bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin