İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub - FOTOLAR

21:47 - 3 Noyabr 2024

İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub - FOTOLAR

41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimat, imza mərasimləri və işgüzar görüşlər davam edir.

 

Manset.az xəbər verir ki, noyabrın 3-də TÜYAP kompleksində Frankfurt Beynəlxalq Kitab Sərgisinin (Frankfurter Buchmesse) Azərbaycan, Kipr, Yunanıstan və Türkiyə üzrə koordinatoru Hanife İçten ilə görüş keçirilib.

Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov və ölkəmizdən bir sıra nəşriyyatların rəhbərləri iştirak ediblər.
Hanife İçten dünyanın ən böyük kitab festivallarından olan Frankfurt sərgisi barədə təqdimatla çıxış edib.

O, sərginin tarixi haqqında məlumat verib, bu ilin 16-20 oktyabr tarixlərində keçirilən 76-cı sərgi barədə satistik məlumatları diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycanın 2029-cu ildə keçiriləcək Frankfurt sərgisində "fəxri qonaq ölkə" kimi iştirakı ilə bağlı müzakirə aparılıb. Hanife İçten bununla bağlı bir sıra diqqət edilməli olan məsələlərdən söz açıb.

Nazir müavini Fərid Cəfərov son illərdə ölkəmizdə kitab sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən layihə və tədbirlərdən danışıb. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Nəşrlərimiz dünyanın məşhur sərgilərində xüsusi stenddə təqdim edilir. Azərbaycan bu il Frankfurt sərgisində də ayrıca stendlə təmsil olunub. Azərbaycanın məqsədi bu kimi sərgilərdə
"fəxri qonaq ölkə" ilə yanaşı, digər platformalar çərçivəsində yeni əlaqələr qurmaq, sahənin daha da inkişafına nail olmaqdır.

Sonra Frankfurt sərgisinin regional koordinatoru naşirlərimizin suallarını cavablandırıb. Əməkdaşlıq üçün səsləndirilən təkliflər müzakirə olunub.



Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin