Ödənişli yollardan istifadə edənlərin NƏZƏRİNƏ - Yeni cərimələr tətbiq olunacaq
10 Dekabr 2024
10:25 - 5 Noyabr 2024
Bu gün ABŞ-də prezident seçkiləri keçiriləcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
ABŞ qanunlarına əsasən, ən çox səs toplayan deyil, ən çox nümayəndə toplayan namizəd prezident seçiləcək.
Bu ölkədə prezidenti 538 nəfərdən ibarət seçki şurası müəyyən edir. Prezidentliyə namizəd olmaq istəyən şəxs 270 üzvün səsini almalıdır.
Donald Tramp 2016-cı ildə ABŞ prezident seçkilərində də namizəd olub. Həmin vaxt onun rəqibi Demokratlar Partiyasının prezidentliyə namizədi Hillari Klinton idi.
Klinton 48,2 faiz səs toplayaraq Trampı 2 xal qabaqlamışdı. Bununla belə, Seçicilər Kollegiyasının səsverməsində Klintonu 74 xal qabaqlayan Donald Tramp prezident seçilmişdi.
Oxşar vəziyyət 1824, 1876, 1888 və 2000-ci illərdə ABŞ-də keçirilən prezident seçkilərində də baş verib.
Daha çox səs toplayan namizədlər Seçicilər Kollegiyasında kifayət qədər nümayəndə sayına çata bilmədiklərindən prezident ola bilməmişdilər.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin