Prezident bu universitetə yeni rektor TƏYİN ETDİ
3 Dekabr 2024
07:30 - 10 Noyabr 2024
Ət zülal və digər qida maddələrinin mühüm mənbəyidir, lakin həddindən artıq yeyildikdə bir sıra sağlamlıq problemlərinə yol aça bilər.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-qastroenteroloq Yevgeni Belousov nəşrə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bunun qarşısını almaq üçün həkimlər qırmızı ət qəbulunu həftədə 500-600 qrama qədər məhdudlaşdırmağı məsləhət görürlər.
"Böyük miqdarda qırmızı ətin, xüsusən də emal edilmiş ətin müntəzəm istehlakı yoğun bağırsaq xərçəngi riskini artırır. Ətin qızardılması və ya hisə verilməsi zamanı kanserogen maddələr əmələ gələ bilər ki, bu da məhsulu sağlamlıq üçün təhlükəli hala gətirir", - deyə Yevgeni Belousov bildirib.
Bundan əlavə, ətin tərkibində doymuş yağın yüksək olması ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər. Bu yağlardan çoxlu miqdarda istifadə qanda xolesterinin səviyyəsinin artmasına və aterosklerozun inkişafına gətirib çıxara bilər.
"Ətin keyfiyyəti də mühüm rol oynayır. Çox vaxt əlavə konservantlar və doymuş yağlar ehtiva edən kolbasa və sosiska kimi emal edilmiş ətlər xüsusi təhlükə yaradır. Az yağlı çeşidləri seçmək, həmçinin qida rasionuna daha çox bitki mənşəli zülal mənbələri - paxlalılar, qoz-fındıq və toxumlar daxil etmək daha məsləhətlidir. Bu, riskləri azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edəcək", - deyə həkim qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin