"Qarabağ"ın futbolçusu "Ferents Puşkaş" mükafatına namizəd oldu - FİFA rəsmən açıqladı

10:14 - 29 Noyabr 2024

FİFA 2024-cü ilin ən gözəl qolu üçün Ferens Puşkaş mükafatına namizədlərin siyahısını açıqlayıb.

 

Manset.az xəbər verir ki, namizədlər arasında "Qarabağ"ın və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia da var. Onun Cənubi Afrika millisi ilə oyunda (3:3) vurduğu qol ən yaxşılar sırasına düşüb.

Benziadan başqa namizədlər arasında Həsən əl-Haydos (Qətər - Çin), Terri Antonis ("Melburn Siti" - "Vest Sidney Uonderers"), Valter Bouv ("Lanus" - "Tiqre"), Maiko Çirinos (Kosta Rika - Honduras), Federiko Dimarko ("İnter" - "Frozinone"), Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”), Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”), Denis Omedi (KSK – "Kitara"), Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”), Ceyden Filojin (“Roterhem” – “Hall Siti”) yer alıb.



Xəbər xətti

6 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin