Avstriyanın Ştiriya və Zaltsburq vilayətlərində şiddətli qar uçqunu baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Avstriyanın Ştiriya və Zaltsburq vilayətlərində qar uçqunu altında qalan 8 nəfərin həyatını itirdiyi bildirilir. Ştiriya vilayətinin Pustervald bölgəsində uçqun nəticəsində 3 nəfər ölüb.
Ölkənin qərbində yerləşən Zaltsburq vilayətində isə dünən iki ayrı ərazidə qar uçqununun baş verməsi nəticəsində daha 5 nəfər həlak olub. Hadisələrlə bağlı aidiyyəti qurumlar araşdırmalar aparır.