Azərbaycanlı məşqçi Gürcüstanda "ustad dərsi" keçəcək

13:36 - 29 Noyabr 2024

Azərbaycanlı məşqçi Gürcüstanda \"ustad dərsi\" keçəcək

Azərbaycanlı məşqçi Ruslan Eyvazov Gürcüstanda “Gimnastika hamı üçün” növü üzrə "ustad dərsi" keçəcək.


Federasiyadan Manset.az-a verilən məlumata görə, Gürcüstan Gimnastika Federasiyasının dəvəti ilə baş tutacaq dərslər yeni başlayan gimnastlar və məşqçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, "ustad dərsi" noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv