Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)

20:39 - 03 Dekabr 2024

Xırdalanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

Manset.az xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 23 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində 2 ədəd elektrik lövhəsi və şaxtadan keçən elektrik naqilləri 6p.m. yanıb.

Mənzillər və şaxtadan keçən elektrik naqillərinin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az