Qanunsuz saxlanılan odlu silah-sursat götürüldü

13:27 - 01 Yanvar 2025

Qanunsuz saxlanılan odlu silah-sursat götürüldü

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən Manset.az -a verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 14 tüfəng, 5 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az