“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. “Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq.”
“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” - Kamaləddin Qafarov
15:40 - 10 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 Yanvar 2026 - 10:40
Yüksək vəzifə verilən Anar Qocayev məşhur polkovnikin qardaşı oğludur - FOTO
06 Yanvar 2026 - 01:04
Prezident işdən çıxarılan icra başçısından danışdı
06 Yanvar 2026 - 12:16
Mətin Məmmədli yeni vəzifəyə təyin edildi
06 Yanvar 2026 - 10:53
Fuad Nəcəfli niyə işdən çıxarılıb? - Prezident açıqladı
06 Yanvar 2026 - 12:24
Tanınmış azərbaycanlı həkimə Almaniyada vəzifə verildi - FOTO
06 Yanvar 2026 - 09:31
Məktəblərdə bu tarixlərdə dərs olmayacaq
06 Yanvar 2026 - 01:06
"Kürəkənim səriştəsizliyindən maşını aşırtdı" - Namiq Məna
06 Yanvar 2026 - 10:19
Fərid Əhmədovdan yüksək vəzifəyə TƏYİNAT
06 Yanvar 2026 - 12:41
Azərbaycanda bu ailələr dövlətdən hər ay yardım ala bilər
06 Yanvar 2026 - 14:58
Bu obyektlərin tikintisi üçün icazə tələb olunacaq - Prezident təsdiqlədi
06 Yanvar 2026 - 16:40
Son günlər ölkədə yayılan virus nədir? - AÇIQLAMA
06 Yanvar 2026 - 12:48
“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı - 3 uşaq anası onun səhvindən ölüb
Xəbər xətti
- 07 Yanvar 2026
- 00:30 Dərəyə yıxılıb köməksiz qalan qadın xilas edildi
- 00:01 Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
- 06 Yanvar 2026
- 23:51 "Nestle" zəhərlənmə təhlükəsi ilə əlaqədar 25 ölkədən uşaq qidalarını geri çağırdı
- 23:45 Rusiyada Oneqa gölündə gəmi aşıb
- 23:32 Zelenski həmin bəyannaməni imzaladı
- 23:14 Prezidentin müsahibəsində strateji mesajlar
- 22:50 İranda təhlükəsizlik qüvvələri xəstəxanalara hücum edib
- 22:31 Ağsuda ağır QƏZA - Ölən var
- 22:17 Dəm qazından boğulub ölən Şükranın FOTOSU
- 21:56 Prezidentin müsahibəsi dünya mediasının diqqət mərkəzində - FOTOLAR
- 21:46 Aeroport yolunda sürət həddi endirildi
- 21:29 Qarşısına inək çıxan traktor aşdı - FOTO
- 21:16 BDYPİ-dən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
- 20:58 Mehriban Əliyevadan Milad bayramı ilə bağlı PAYLAŞIM
- 20:42 Şəkidə 4 otaqlı evin qəsdən yandırıldığı iddia olunur
- 20:28 Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - VİDEO
- 20:11 Azərbaycanda Əməkdar müəllim vəfat etdi - FOTO
- 19:56 "Prezidentin müsahibəsi Azərbaycanın yeni xarici siyasət fəlsəfəsini açıqlayır"
- 19:34 Hakan Fidan Parisdə Şeybani ilə görüşdü
- 19:17 Qazaxdakı partlayışda daha bir ev və mağaza dağılıb - VİDEO
- 18:59 Tanınmış rejissor vəfat etdi - FOTO
- 18:47 Aygün Əliyevaya yeni vəzifə verildi
- 18:29 "Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb"
- 18:09 Hazırda 14 yolda tıxac var - SİYAHI
- 17:55 AFFA bu oyunu şübhə altına aldı - Araşdırma başlayır
- 17:53 "Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz günü-gündən daha da yüksəlir" - Deputat
- 17:44 Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - Bu stansiyanın çıxışlarından biri bağlanır
- 17:41 Leyla Sərabi yeni vəzifəyə təyin olundu - FOTO
- 17:36 Azər Zahidin cinayət işinə xitam verildi
- 17:26 Məşhur ulduz "Ayrılmaq istəyirəm!" dedi - "Beşiktaş"a ağır zərbə
- 17:19 3 dəqiqəyə 22 milyonluq oğurluq - ANBAAN VİDEO
- 17:10 Dünyaca məşhur aktyor vəfat etdi - FOTO
- 17:04 Söhrab İsmayılov işdən çıxarıldı
- 16:57 ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və 907-ci düzəlişin tarixi ədalətsizliyi
- 16:40 Son günlər ölkədə yayılan virus nədir? - AÇIQLAMA
- 16:30 Polkovnik-leytenant saxlanıldı - 2 ay əvvəl təqaüdə çıxmışdı
- 16:18 Qardaş ölkədə zəlzələ baş verdi
- 16:10 Tanınmış aktrisa ikinci dəfə əməliyyata girdi - FOTO
- 16:05 Qazaxda evdə partlayış - VİDEO
- 16:04 Məşhur ulduzdan Arda Turanla bağlı ŞOK AÇIQLAMA
- 16:00 Bir ekosistemi ötən ili yeniliklər və yüksək performansla bitirdi
- 15:50 Su təchizatına dair mütəmadi verilən suallar və onların cavabları
- 15:44 Bu şəxslərin pensiyasında bu aydan artım olacaq
- 15:17 İranda etirazlar davam edir - Ölənlərin sayı 35-ə çatdı
- 15:07 2 yaşlı uşaq küçəyə atıldı - Yük maşını üstündən keçdi
- 14:58 Bu obyektlərin tikintisi üçün icazə tələb olunacaq - Prezident təsdiqlədi
- 14:53 Abşeronun bəzi ərazilərində işıq kəsilib
- 14:40 Prezident İordaniya ilə imzalanmış sənədi təsdiqlədi
- 14:35 ADU-da payız semestrinin qış imtahan sessiyası keçirilir - FOTOLAR
- 14:21 Leyla Əliyeva Maskatda Omanın Vəliəhdi ilə görüşdü
- 14:12 Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirildi - FOTO