Qripə qarşı dərman qəbul edənlərə XƏBƏRDARLIQ

08:45 - 8 Mart 2025

Qripə qarşı dərman qəbul edənlərə XƏBƏRDARLIQ

Qrip və digər xəstəliklərə görə dərman qəbul edən şəxslərin analizlərindən çıxan nəticələrində narkotik maddə qəbul etdikləri ortaya çıxıb. Nəticədə bu işçilər işdən azad ediliblər.

 

Manset.az Xezerxeber-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədələrdə məlumatlar paylaşılıb.

Bəs hansısa dərmanın içərisində belə maddələrin olması mümkündürmü?

Məsələ ilə bağlı Səhiyyə nazirliyi analtik ekspertiza mərkəzindən bildirilib ki müəyyən xəstəliklər zamanı istifadə olunan bəzi dərmanların tərkibində az miqdarda narkotik maddə var.

Hazırda ölkəmizdə 19 ticari adda belə dərman qeydiyyata alınıb ki, bunlardan 12-i həkim resepti əsasında satılır. Amma sosial şəbəkələrdə paylaşılan bu dərman dövlət qeydiyyatına alınmayıb.

Mərkəzdən o da qeyd edilib ki, tərkibində narkotik madda olan dərmanları qəbul edənlərin analiz nəticələri pozitiv çıxa bilər.

 

 

 


Xəbər xətti

26 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin