ABŞ və Ukrayna arasında danışıqlar Səudiyyə Ərəbistanında başlayır.
Manset.az xəbər verir ki, ABŞ və Ukrayna arasında danışıqlar bu gün axşam Səudiyyə Ərəbistanında başlayacaq.
Bu görüş, ABŞ və Rusiya nümayəndə heyətlərinin gələn bazar ertəsi keçirəcəyi danışıqlardan əvvəl baş tutacaq.
Danışıqların əsas mövzusu müharibə zamanı qismən atəşkəsin tətbiqi olacaq.