Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 16-sı Rusiyaya rəsmi səfər edəcək.
Manset.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarus liderinin Mətbuat xidməti yayıb.
Lukaşenko Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin samitində iştirak edəcək.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə də danışıqlar aparacaq.