Vilayət Eyvazov Ramiz Zeynalova yeni müavin təyin etdi - Görün kimdir?

23:29 - 14 May 2022

Vilayət Eyvazov Ramiz Zeynalova yeni müavin təyin etdi - Görün kimdir?

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb. 

Manşet.az “Avtosfer.az”a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. 

Qeyd edək ki, daha öncə o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq, DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az